FACT-INFO.AZ » XƏBƏR » Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev
6-10-2023, 19:24 | XƏBƏR
Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev

Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.

Fact-info.az xəbər verir ki, bunu Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

Elşad Hacıyevin sözlərinə görə, yerli əhali həmin bu cinayətkar fəaliyyətə cəlb edilib:

"Nəticə etibarilə, Xocalı rayonunun Ballıca ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu görünənlərdir. Demək ki, hansısa parniklərdə, istilikxanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılıb. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub".

Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: "Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük".

E. Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: "Bu gün Azərbaycan Respublikasının əsas işi aidiyyəti dövlət qurumlarının əsasında məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsizdir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, müxtəlif tamamilə minalarla döşənmişdir. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir - körpülərdə, yol kənarlarında, su hövzələrin kənarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin".




Baxış sayı: 190
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30