FACT-INFO.AZ » SİYASƏT » Sevinc Fətəliyeva: BMT missiyasının açıqlaması ölkəmizi ittiham edən xarici qüvvələrin çirkin niyyətini iflasa uğratdı
6-10-2023, 08:38 | SİYASƏT
Sevinc Fətəliyeva: BMT missiyasının açıqlaması ölkəmizi ittiham edən xarici qüvvələrin çirkin niyyətini iflasa uğratdı

Azərbaycanın razılığı ilə bölgədə monitorinq aparan BMT missiyası məlumat yayıb. Məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastruktura zərər dəymədiyi bildirilir. Bu, Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı.

Bu fikirləri  Fact-info.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Azərbaycanın rəşadətli Ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılandığını bildirən deputat sözlərinə qeyd edib ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qarşı tərəf qısa müddətdə ağ bayraq qaldırmağa məcbur oldu. Antiterror tədbirlərindən sonra dövlətimiz öz suverenliyini tam təmin etdi.

“Qazanılan Zəfər Azərbaycan Prezidentinin dəmir iradəsinin, qətiyyətinin və milli maraqlarımızı dönmədən qorumasının, eləcə də şanlı ordumuzun gücünün parlaq ifadəsidir. Hazırda Qarabağ ərazisində dövlətimiz tərəfindən nizam-intizam yaradılır, müvafiq qurumların əməkdaşları aidiyyəti üzrə öz vəzifələrini yerinə yetirirlər. Bəzi beynəlxalq təşkilatlar və ölkələr bu məsələdə Azərbaycana qarşı qarayaxma kampaniyası apararaq “etnik təmizləmə”də ittiham etməyə çalışır. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir.

Dövlətimiz reinteqrasiya prosesinə start verib. Ermənistan Qarabağ ermənilərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Azərbaycan Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə, onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Lakin bu, o demək deyil ki, Azərbaycan xalqına qarşı, ərazi bütövlüyümüzə qarşı və s. cinayətlər törətmiş şəxslər cəzasız qalacaq”, - deyə S.Fətəliyeva diqqətə çatdırıb.

Deputat qeyd edib ki, dövlətimizin güc strukturları bu istiqamətdə lazımi addımlar atır. Ruben Vardanyanın, qondarma rejimin “keçmiş prezidentləri” Arkadi Qukasyanın, Bako Saakyanın, Arayik Arutyunyanın, daşnak David İşxanyanın, eləcə də bir neçə yüksək rütbəli hərbçilərin həbs edilməsi bunu təsdiqləyir. Onların arasında birbaşa əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlar var. Hazırda Ermənistan hakimiyyəti bu cinayətkarların həbs edilməsindən də “siyasi şou” düzəltməyə çalışır. Amma heç nəyə nail ola bilməyəcəklər.

“Azərbaycan güclü dövlətdir, ona heç bir qüvvə nəyisə diktə edə bilməz. Həmin şəxslərin həbs olunması Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa da tamamilə uyğundur. Xalqımıza qarşı cinayətlər törədənlər, günahsız insanları qətlə yetirərək özlərinin “xoşbəxtliyini” qurduqlarını hesab edən bu canilər tarixi ədalətin öz yerini tutacağını düşünməli idilər. Artıq zaman o zamandır ki, onlar layiqli cəzalarını alacaqlar”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.




Baxış sayı: 120
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30