Tərksilaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan tərəfindən erməni separatçılarının həbs edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhdə deyilir.
"Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir.
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir", - deyə qeyd edilib.
Baxış sayı: 100
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
