Fact-info.az “Irish Independent”ə istinadən xəbər verir ki, bunu Dublində Azərbaycan parlamentinin nümayəndə heyətini müşayiət etmiş sabiq senator Terri Leyden deyib.
"Onlar öz ərazilərini geri aldılar, bu onların hüququdur. Şərqi Doneqal ingilislər və ya müstəmləkəçilər tərəfindən işğal olunsaydı, biz nə edərdik?" – o bildirib.
Parlamentin aşağı palatasının sədri Şon O'Faril isə deputatlardan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətini səmimi qarşılamağı xahiş edib.
O, ölkələrin ərazi bütövlüyünə və istənilən mübahisənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib: "Biz ölkələrin ərazi bütövlüyünə hörmət edirik. İnsan hüquqlarının qorunmasına, təşviqinə, istənilən vəziyyətin sülh yolu ilə həllinə tərəfdarıq".
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün ötən həftə Dublində səfərdə olub.
Baxış sayı: 94
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
