FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabı Bişkekdə nəşr edilib
2-10-2023, 10:30 | MƏDƏNİYYƏT
“Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabı Bişkekdə nəşr edilib

Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” adlı kitab nəşr olunub.

Fact-info.az xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı bu yeni kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.

Kitabda filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə, repressiya illərində itmiş və nəhayət, uzun illərdən sonra arxivlərdən hissə-hissə böyük bir qismini (70-ə yaxın şair barədə) tapdığı, toplayıb tədqiqata cəlb etdiyi “100 şair” əsərindən bəhs edilir. Kitabda həmin təzkirədən hissələr (10 şair barədə) ərəb qrafikalı əski əlifbamızdan transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir. Eyni zamanda, Salman Mümtazın köhnə latın qrafikasında nəşrə hazırladığı, bu günədək məlum olmayan və dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən də bir hissə ilk dəfə müasir əlifbamızda çap olunaraq diqqətə çatdırılır.

Qeyd edək ki, transfoneliterasiya, tərtib və “Salman Mümtaz: özü və sözü” adlı geniş “Ön söz” Şəlalə Ana Hümmətliyə məxsusdur. O, kitaba yazdığı “Bir neçə söz”də hələlik kiçik bir hissəsini təqdim etdiyi bu iki qiymətli əsəri (“100 şair” və “Ədəbi lüğət”) qarşıdan gələn yubiley ilində (2024-cü ildə Salman Mümtazın anadan olmasının 140 ili tamam olur) tam şəkildə nəşrə hazırlayaraq yubileyə hədiyyə etmək arzusunda olduğunu bildirib.

Sovet dövrünün 30-cu illər repressiyasının qurbanlarından olan, Vətəni, milləti, Türk dünyasını bütün varlığı ilə sevən, ədəbiyyat və mədəniyyət sahəsində misilsiz xidmətlərilə seçilən fədakar bir şəxsiyyətin – Salman Mümtazın yaradıcılığına həsr olunmuş bu kitabın qardaş Qırğızıstanda, Bişkekdə, “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq. Fond gələcəkdə kitabı qırğız və rus dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.




Baxış sayı: 249
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30