FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Maddi-mədəni irsimizin qorunması layihəsi yekunlaşdı
1-10-2023, 10:02 | MƏDƏNİYYƏT
Maddi-mədəni irsimizin qorunması layihəsi yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.07.2023-cü il və 30.09.2023-cü il tarixi əhatə edən  «Maddi-mədəni irsimizin qorunması» layihəsi  Qusar, Quba,  Xaçmaz  inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırdı.

Üç tədbirdən ibarət layihəyə, Qusar Rayon Mədəniyyət Mərkəzində, Quba rayon QHT-lərə Regional Dəstək və Təlim  Mərkəzində, Xaçmaz Rayon Köhnə Xaçmaz Kəndi Tam Orta Məktəbində 89 nəfər yeniyetmə və gənc birbaşa  cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Maddi-mədəni irsimizin qorunması  mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 8 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, yeniyetmə və gənclər maddi-mədəni irsimizlə, daşınar və daşınmaz tarixi   sənət nümunələrimizlə tanış  olmuş,  dolayı yolla maariflənmişlər.

Tədbirlərdə  himnimiz oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri  Şahin Qədirov,  «Maddi-mədəni irsimizin qorunması» layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra,  təşkilat və layihə haqqında məlumat verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması haqda, son genişmiqyaslı antiterror əməliyyatları haqqında  məlumat verdi. O, maddi-mədəni irsimizin qorunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, maddi-mədəni, tarixi abidələrimizin ümumxalq məsələsi olduğunu, eyni zamanda, mədəni irs məhz bizim uzun, əhəmiyyətli varlığımızın sübutu kimi xarici qonaqlara  göstərdiyimiz və ən çox fəxr etdiyimiz sahələrdən biri olduğunu vurğuladı.

 Rəsmi şəxslər və ekspertlər çıxışçün söz alaraq maddi-mədəni irsimizin qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu, bu istiqamətdə yeniyetmə  və gənclərin maarifləndirilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki,  «Maddi-mədəni irsimizin qorunması» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil,  eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq bildirdilər ki, xalqımızın maddi-mədəni irsinin sərhədləri fiziki sərhədlərimizdən yüz dəfə çoxdur.Belə ki, klassik Azərbaycan şairi Məhəmməd Fizulinin məzarının İrakda, cahana sığmayan klassik şairimiz İmadəddin Nəsiminin məzarının Suriyada, dünya mədəniyyət mərkəzlərini, muzeylərini bəzəyən maddi-mədəni, ədəbi, mənəvi abidələrimizin olması bütün burada səsləndirilənlərin bariz sübutudur deyə xüsusi qeyd etdilər.

Layihənin icrası zamanı keçirilən tədbirlərdə yeniyetmə və gənclərin milli-mədəni irsimizin qorunması mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai  birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin, səhifələrin yaradılması, diqqətdən kənarda qalan, dağılmaqda olan maddi-mədəni, tarixi abidələrimizin siyahısının hazırlanaraq, aidiyyatı qurumlara göndərilməsi, çap edilməsi və s. təklif və mövzuları əhatə edən maraqlı çıxışlardan sonra yeniyetmə və gəncləri narahat edən bütün suallar cavablandırıldı. Rəsm, toxuculuq sahəsində uğur qazanmış yeniyetmələrin əl işləri tədbir iştirakçılarına nümayiş olundu.

Tədbirlərin yekunu zamanı İcra Hakimiyyətlərinin rəsmi şəxsləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, maddi-mədəni,  tarixi irsimizin qorunması mövzusunda maarifləndirici tədbirlərin keçirilməsinin vətənimizin, dövlətimizin, xalqımızın gələcəyinin indidən maariflənmiş,  öz maddi-mədəni irsinə sayqıyla yanaşan, məlumatlı yeniyetmə və gənclərimizə ötürülməsi ölkəmizin gələcəyinin daha parlaq olacağını  indidən təminatı kimi qiymətləndirə bilərik deyə vurğuladılar.

Sonda tədbir iştirakçılarına bukletlər, dəftərxana ləvazimatları paylandı.




Baxış sayı: 122
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30