FACT-INFO.AZ » XƏBƏR » Diplomatımız “Əl-Ərəbiyə” telekanalında Qarabağda antiterror tədbirlərinin zəruriliyindən danışıb
29-09-2023, 11:42 | XƏBƏR
Diplomatımız “Əl-Ərəbiyə” telekanalında Qarabağda antiterror tədbirlərinin zəruriliyindən danışıb

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev nüfuzlu “Əl-Ərəbiyə” telekanalının canlı efirində bu yaxınlarda erməni terrorçularına qarşı həyata keçirilən antiterror tədbirlərinin zəruriliyi, həmçinin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar barədə danışıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan canlı efirdə azərbaycanlı diplomatın əsaslandırılmış arqumentləri qarşısında aciz qalıb. Ş.Abdullayev xatırladıb ki, Ermənistanın baş naziri tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin erməni rəhbərliyi 44 günlük müharibədən sonra Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanata əməl etməyib, qanunsuz hərbi birləşmələrini Xankəndi, Xocalı, Əsgəran və Azərbaycanın Qarabağdakı digər ərazilərindən çıxarmayıb. Üstəlik, həmin silahlı dəstələr Azərbaycan ərazilərində hərbi təxribatlar, o cümlədən mina terroru aktları törədib, nəticədə yüzlərlə azərbaycanlı hərbçi və mülki şəxs həlak olub və ya yaralanıb. Bütün bunlar Azərbaycan rəhbərliyini antiterror tədbirləri keçirməyə, öz ərazisində suverenliyi tam bərpa etməyə məcbur edib. Azərbaycan Ordusu bu tədbirlər zamanı mülki obyektlərin və dinc erməni sakinlərinin zərər görməməsi üçün bütün ehtiyat tədbirlərini görüb, onların başa çatmasından sonra bölgəyə dərhal humanitar yardımlar göndərib.

Səfir əlavə edib ki, rəsmi Bakının təşəbbüsü ilə hazırda Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə danışıqlar aparılır. O vurğulayıb ki, Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün yaxşı imkanlar yaranıb və nəqliyyat dəhlizlərinin açılması, regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.




Baxış sayı: 83
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30