FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycan ictimaiyyəti Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inanır - SORĞU
26-09-2023, 19:15 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan ictimaiyyəti Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inanır - SORĞU

Fact-info.az-a Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, həmçinin Prezident Naxçıvanın tarixi ədalətsizlik nəticəsində blokaya düşməsinin səbəblərini vurğulayıb: “Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi.”

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, ötən dövr ərzində və bu ilin sentyabr ayında ölkə ictimaiyyətinin Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə rəyini öyrənmək məqsədilə sorğular keçirib.

Cari sorğunun nəticələrinə əsasən, “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına respondentlərin 65,4%-i tam inanıram cavabını verib. Rəyi soruşulanların 25,6%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inandığını bildirib. Respondentlərin 3,9%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Onların cəmi 1,0%-i bu suala cavab verməkdən çəkinib.

Əldə olunan statistik məlumatlara nəzər saldıqda görürük ki, Zəngəzur dəhlizinin yaxın gələcəkdə reallaşacağına kişilərin 76,7%-i, qadınların 54,3%-i tam inandığını bildirib. Bununla yanaşı, ali təhsillilərin 58,7%-i, orta təhsillilərin 67,7%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inamını ifadə edib.

Müqayisə üçün xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən sorğuda respondentlərin 62,8%-i Zəngəzur dəhlizinin reallaşacağına tam inandığını, 26,2%-i əsasən inandığını vurğulayıb. Sorğuda iştirak edənlərin 4,1%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Respondentlərin 2,8%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Bu xüsusda qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2022-ci ilin 15 oktyabr – 19 oktyabr tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında məskunlaşanlar arasında sorğular keçirib və əldə olunan məlumatlar əsasında “Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” mövzusunda sosioloji kəmiyyət və keyfiyyət tədqiqatı hazırlanıb. Tədqiqat işi geniş ictimaiyyətə təqdim olunacaq.

Cari sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.




Baxış sayı: 137
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30