Xarici İşlər Nazirliyindən Fact-info.az-a bildirilib ki, nazir Ceyhun Bayramov iclasda açılış nitqi zamanı İƏT-də bir neçə il öncə başladılmış islahatlar prosesinin üzv ölkələrin ehtiyaclarına və çağdaş tələblərə cavab verəcək şəkildə davam etdirilməsinin, habelə əlaqədar regional təşkilatlarla tərəfdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.
Nazir, həmçinin ölkəmizin ASEAN və üzv dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı tərəf kimi, 2008-ci və 2020-ci illərdə BMT Baş Assambleyasının müvafiq 63-cü və 75-ci sessiyaları zamanı qəbul edilmiş “BMT ilə ASEAN arasında əməkdaşlıq” adlı Qətnamənin həmmüəllifi olaraq çıxış etdiyini diqqətə çatdırıb. Bu xüsusda, İƏT-ASEAN Xarici İşlər Nazirləri iclasının məhz Azərbaycanın İƏT-də sədrliyi dövründə keçirilməsinin ölkəmizin adıçəkilən təşkilatlara verdiyi önəmin təzahürü olduğunu bildirib.
Azərbaycanın İƏT-də 2023-cü il dönəm sədrliyinin “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusunda keçirilməsi geniş regional əlaqəlilik, iqtisadi transformasiya, yaşıl enerji və iqlim dəyişikliklərinə qarşı davamlılıq üzrə ümumi regional baxışı əks etdirdiyi, Azərbaycan və dənizə çıxışı olmayan digər üzv dövlətlər üçün regional əlaqəlilik mövzusunun xüsusi önəm kəsb etdiyi qeyd olunub.
Baxış sayı: 144
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington

