FACT-INFO.AZ » XƏBƏR » Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb
23-09-2023, 09:40 | XƏBƏR
Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb

Mən Mirzoyanın bu addımını ölkəsini sarsıdıcı hərbi-siyasi məğlubiyyətə uğradan ölkənin xarici işlər nazirini dinləməklə bağlı alçaltmadan və emosional sıxıntıdan qaçmaq istəyi kimi izah edərdim. Əlbəttə, əgər bu jest baş nazir Nikol Paşinyanın Qarabağın etnik erməni icmasının qəbul etməsi üçün çağırdığı dinc gələcək əleyhinə etiraz idisə, o zaman Mirzoyan istefa verməlidir.

Fact-info.az  xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.

“Əslində Mirzoyan hər zaman Paşinyanın barışdırıcı ritorikasını təkrar edib və hətta qabaqlayıb da. Misal üçün, o, erməni liderinin bunu etdiyindən xeyli əvvəl Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıması imkanını açıq elan edib”, - deyə Metyu Brayza vurğulayıb.

Azərbaycan tərəfindən bütün ərazisi üzərində suverenliyin bərpa edilməsi və separatizmin kökünün kəsilməsindən sonra regional persperkivlərdən danışan ekspert ehtiyatlı nikbinlik ifadə edib.

“Əgər erməni tərəfi çərşənbə günü atəşkəs barədə əldə edilmiş razılaşmanı tam yerinə yetirərsə, mən Cənubi Qafqazın ən azı Azərbaycan və Ermənistanla bağlı olan gələcəyinə nikbinliklə baxıram. Aydındır ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan sülh sazişinə nail olmağa çalışırlar. Qarabağ regionunun etnik erməni icmasının qalan hissəsini siyasi girov kimi saxlayan Ermənistandan və Qarabağdan olan ekstremist siyasi qüvvələr onların əsas maneələri olub. Erməni silahlı qruplaşmalarının Qarabağda olduğu müddətdə Paşinyanın ekstremist düşüncəli siyasi rəqibləri ona təzyiq edə bilirdilər ki, o qətiyyətli olsun və gələcəkdə hərbi güc tətbiq etməyə hazırlaşsın. Belə yanaşma, əlbəttə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması idi. İndi, bu ciddi maneə aradan qaldırıldıqda, sülh sazişinin gələcəyi əhəmiyyətli dərəcədə aydınlaşır”, - deyə keçmiş səfir qeyd edib.

Metyu Brayza sonda qeyd edib ki, indiki şəraitdə, Azərbaycan bütöv ərazi üzərində nəzarəti bərpa etdikdə, Ermənistanın baş naziri isə Qarabağ ermənilərini sülhə və nəticə kimi Azərbaycan cəmiyyətinə reinteqrasiyaya hazırlaşmağa çağırdıqda, sülh sazişinin bağlanmasına yeni və əhəmiyyətli impuls yaranıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hesab edir ki, buna baxmayaraq, Paşinyan münaqişəni sülhdən üstün tutan Ermənistandakı ekstremist siyasi qüvvələr tərəfindən sülh prosesinə qarşı güclü müqavimətlə üzləşməyə davam edəcək.




Baxış sayı: 151
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30