FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ
22-09-2023, 15:10 | TƏDQİQATLAR-ANALITIKA
BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ

Ümumiyyətlə Azərbaycan əleyhinə hansısa qərarın verilməsi üçün arqument yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş ərazilərində qanuni şəkildə hərəkət edir. Keçirilən lokal antiterror tədbirləri də həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Azərbaycan konstitusiyasına uyğun idi. Əməliyyat görüntülərindən də aydın olurdu ki, Azərbaycan silahlı qüvvələri əməliyyatlar çərçivəsində mülki əhalinin və obyektlərin zərər görməməsi üçün maksimum dərəcədə ehtiyatlı hərəkət edirdi.

Kütləvi insan tələfatının olmaması və rəsmi Bakının keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı həm ictimaiyyəti məlumatlandırması, həm də prosesləri maksimum həsasiyyət və ehtiyat ilə aparması ona qarşı təzyiq və ya sanksiya tipli gedişləri imkansız etdi.

BMT TŞ-də Qarabağ üzrə dinləmələr daimi və qeyri-daimi üzv ölkə nümayəndələri çıxış etdi. Çıxışlara baxdıqda ümumi nəticə bu yöndədir ki, hazırda ölkələri maraqlandıran 3 məsələ var:

1. Rus sülhməramlıların həlak olması;

2. Qarabağda erməni əhalinin təhlükəsizliyi;

3. Azərbaycanın Qarabağ sakinləri ilə danışıqları;

İlk öncə onu qeyd etmək lazımdır ki, dinləmələr zamanı Böyük Britaniya, Rusiya, Brazilya, Türkiyə nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıb. Bundan başqa Rusiya, Türkiyə, Çin və Qana nümayəndələri Azərbaycanın antiterror əməliyyatları apardığını xüsusi vurğulayıb.

BMT TŞ-də Azərbaycanın ərazi bütövlüyünün vurğulanması, keçirilən əməliyyatların antiterror olduğunun vurğulanması bizim üçün müsbət hadisədir.

Çıxışlardan gəldiyim nəticə budur ki, yuxarıda qeyd etdiyim üç məsələ yaxından maraqlandırır. Hətta Azərbaycanı dəstəkləyən ölkələr belə bu məsələdə narahatlıqlarını ifadə edib.

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Bundan başqa hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.

Təbii ki, hadisə ilə bağlı qaranlıq məqamlar da var, lakin rəsmi Bakı həm beynəlxalq ictimaiyyətin, həm də Rusiya tərəfinin narahatlığını başa düşür. Qarabağda erməni əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq ictimaiyyətin keçirdiyi narahatlıq, habelə Azərbaycanın Qarabağ sakinləri ilə dialoqa davam etməsi kimi məsələlərə həssas yanaşması da başadüşüləndir. Lakin narahatlığa heç bir səbəb yoxdur. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, "Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır".

Bundan başqa dövlət başçısı bildirdi ki, bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur", - deyə Prezident İlham Əliyev diqqətə çatdırdı. Ötəngünkü Yevlax görüşü də göstərdi ki, rəsmi Bakı Qarabağ ermənilərini asimilyasiya etmək və ya onlara qarşı hansısa qresya nümayiş etdirmək niyyəti yoxdur. Bunu təsdiqləyən ən önəmli fakt isə  Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Mərkəzi hakimiyyət isə buna müsbət yanaşıb, hətta bu gün Xankəndiyə humanitar yardımlar belə göndərilib.

Qarabağ sakinləri ilə dialoqa gəldikdə isə Yevlax görüşünün yekunda gələcək görüşlərin keçirilməsi istiqamətində razılıq əldə olunub. Yəni dialoq davam edəcək. Nəticə etibarilə BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə baş tutan iclas bu dəfə də nəticəsiz bitdi. Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi.

Politoloq Turan Rzayev




Baxış sayı: 139
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30