FACT-INFO.AZ » SİYASƏT » XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
21-09-2023, 10:30 | SİYASƏT
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"

Fact-info.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə görüşündə deyib.

Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcudluğunu vurğulayaraq, ölkəmizin bu əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub və Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.

Nazir, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını, çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.

C. Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror tədbirləri barədə məlumatlandırıb və bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Baxış sayı: 134
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30