Fact-info.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında sabah Yevlaxda Qarabağın erməni sakinlərin nümayəndələri ilə görüşlə bağlı sualı cavablandıran Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Prezident Administrasiyası tərəfindən bir daha da bəyan edildi ki, əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrin tam tərksilah edilməsi, döyüş mövqelərindən və postlardan çıxaraq silahlarını yerə qoyması prosesinin tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi mülki əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha bəyan etmişik: “Bu, Azərbaycanın təşəbbüsüdür. Bu təşəbbüsü bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Amma onlar müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər”.
Baxış sayı: 144
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington

