Fact-info.az xəbər verir ki, musiqimizin xaruqələrini yaradan, Azərbaycan xalqının iftixarı Üzeyir bəy Hacıbəyli 1885-ci ilin bu günü Ağcabədidə anadan olub. Çoxluq onu dahi bəstəkar kimi tanıyır, amma Üzeyir bəy həm də publisist, elmi-bədii düşüncə sahibi, alim, maarifçi, dramaturq, pedaqoq, ictimai və siyasi xadimdir. 22 yaşında “Hesab” kitabı yazıb, 23 yaşında “Türkcə-rusca lüğət” nəşr etdirib, dövri mətbuatda yüzlərlə məqaləsi çap olunub. “İrşad” qəzetində (1922) çalışarkən M.Ə.Rəsulzadə ilə dostlaşıblar, həmişə bir yerdə və məsləkdaş olublar. Bir çox qəzetlərdə eyni vaxtda çalışıblar. Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinə rəhbərlik edib. Müsəlman Şərqinin ilk operası məhz Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasıdır.
1948-ci il noyabrın 23-də ağır ürək çatışmazlığı səbəi ilə dünyasını dəyişib. Respublikamızda hər il Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabr “Musiqi günü” kimi qeyd edilir.
Baxış sayı: 197
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

