Fact-info.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.
Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.
Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.
Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir.
Baxış sayı: 174
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington

