FACT-INFO.AZ » XƏBƏR » Ermənilər Ağdam-Xankəndi yolundan humanitar yüklərin buraxılmasına niyə mane olurlar?
11-09-2023, 10:45 | XƏBƏR
Ermənilər Ağdam-Xankəndi yolundan humanitar yüklərin buraxılmasına niyə mane olurlar?

 Dünən isə Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi yardım tırı da Qarabağa orada kök salmış cinayətkar ünsürlər tərəfindən buraxılmır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi, Qarabağdakı cinayətkar ünsürlər Ağdam yolunun açılmasına tək bir səbəbə görə müqavimət göstərirlər. Onlar Ağdam yolunun açılması ilə qarşısı alınmaz reinteqrasiya prosesinin başlanacağını anlayırlar. Bu isə onların gələcək üçün bütün məkrli planlarının bir dəfəlik dəfn edilməsi deməkdir.

Fact-info.az-ın məlumatına bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib

Onun sözlərinə görə, Azərbaycan bütün “humanitar böhran şousu” dövründə istifadə üçün təkidlə Ağdam yolunu göstərirdi. Ermənistan tərəfi isə bunu qətiyyətlə rədd edirdi. Onun havadarları da Qarabağa getmək üçün Ağdam və digər yolların mövcudluğu faktını riyakarcasına görməzlikdən gəlirlər. Qarabağ sanki tək bir limanı olan adadır. Gözləmək olardı ki, Rusiya Qırmızı Xaç Cəmiyyətindən sonra Ağdam yolundan istifadə növbəsi ABŞ, Fransa və humanitar vəziyyətdən digər "narahat" ölkələrə gələcək. Onlar da öz yardımlarını “əzabkeş” və “məzlum” donuna bürünmüşlərə göndərəcəklər və bununla da məsələ bağlanaraq, yenidən sülh gündəliyindəki fundamental məsələlər müzakirə olunacaq. Sual yaranır axı nə üçün digərləri də eyni qayda ilə Ağdam yolundan istifadə edərək humanitar yardım göndərə bilmirlər? Nə mane olur onlara? Nə üçün həmin ölkələr bu qədər enerjilərini Azərbaycanla münasibətlərini pisləşdirmək üçün sərf edirlər? Fransa və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel nə deyirdi? Ağdam Laçına alternativ olmamalıdır. Niyə? Nə üçün hansısa dövlət hər ikisi Azərbaycanın tam suveren ərazisi olan Ağdam və ya Laçın yolunun istifadəsi ilə bağlı ölkəmizə diktə etməlidir? Kim və nə onlara bu hüququ verib? Elə dünən C.Borell amiranə formada tvitində "Laçın yolu açılmalıdır" deyə yazmışdı.

"Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır alternativ yolun olduğunu hər kəsə göstərdi. Artıq həmin yardımın qəbul edilib- edilməməsi heç nəyi dəyişmir. Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi tır bütün əsassız təbliğatı alt-üst və ifşa etdi. Məhz buna görə də bəzi ölkələr narahat olaraq hər vəchlə indi Ağdam yolunda olan tırlara mane olmaq üçün əllərindən gələni edirlər. Onlar yaxşı anlayırlar ki, bundan sonra artıq Qarabağdakı Qırmızı Xaç Cəmiyyətinin fəaliyyəti birbaşa Bakı ofisinə tabe edilməli olacaq. Bu isə həmin təşkilat vasitəsi ilə bölgədə əvvəllər həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətə son qoyulması demək olacaq",- deyə F. Çıraqov söyləyib.




Baxış sayı: 207
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30