Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, BBC-nin son dövrlər yayımladığı bəzi materiallar məhz separatizmin dəstəklənməsi, terrorçu qruplara tribuna verməkdən ibarədir. BBC-nin bu cür fəaliyyəti, separatizmin təbliğatçısına çevrilməsi jurnalistika prinsiplərinə ziddir. Bu tip məsələlər hər zaman müzakirə olunub və yekun mövqe ondan ibarət olub ki, media terrorizmi və separatizmi təmsil edən şəxslərə tribuna verə bilməz, onların təbliğatçısına çevrilə bilməz. Bu prinsiplər BBC-nin etik kodeksində də mövcuddur. Bir çox hallarda da BBC bu prinsipləri gözləyir. Amma Qarabağda mövcud olan terrorçular ilə bağlı məsələdə nədənsə dünya media nəhəngi öz prinsiplərini pozur. Dəfələrlə qanunsuz yollarla hərbi yüklərin Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə keçirilməsi faktları olub, amma nədənsə BBC bu tip mövzulara diqqət ayırmayıb.
“Bu gün “humanitar böhran” şousuna qoşulan bu media orqanı erməni separatistlərinin uydurduğu yalanlara bədii don geyindirməkdən də çəkinmir. BBC bu mövzu ətrafında terrorçulara tribuna verərək işini bitirməklə, eyni zamanda, jurnalistikanın əsas prinsipi olan həqiqətin üzə çıxarılması, bütün tərəflərin mövqeyinin işıqlandırılmasına imkan yaradılmasını təmin etmir. Həmçinin Azərbaycanın haqlı mövqeyini, Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu, ermənilərin “humanitar böhran” şousunu ifşa edən ölkəmizin humanitar yardım istəyini və bununla bağlı faktları göstərmir”, - deyə C.Hüseynzadə qeyd edib.
Baxış sayı: 220
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington

