FACT-INFO.AZ » SİYASƏT » “Ermənistan və ona havadarlıq edən dövlətlər çalışırlar ki, regionda davamlı sülh əldə edilməsin”-
5-09-2023, 09:35 | SİYASƏT
“Ermənistan və ona havadarlıq edən dövlətlər çalışırlar ki, regionda davamlı sülh əldə edilməsin”-

 Bu, iki istiqamətdə baş verir. Həm hərbi, həm də diplomatik müstəvidə. Ermənistan bugünkü reallıqda birinci plandan imtina edib. Yəni, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər Ermənistanın siyasi hərbi rəhbərliyini məcbur edib ki, birinci plandan imtina etsin. Birinci istiqamətə görə, Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi reallaşdırılmalı idi. Yeni şəraitdə məğlub ovqatda onlar bu xətlərində dəyişiklik etmək məcburiyyətində qalıblar. İndi Azərbaycanın tərkibində Qarabağ erməniləri üçün ən yüksək status əldə etməyi hədəfləyiblər və bir az da irəli gedib əldə olunmuş muxtariyyətin beynəlxalq protektorat altında reallaşdırılmasını həyata keçirmək istəyirlər. Yəni, beynəlxalq təşkilatların nəzarəti altında Qarabağda yaşayan ermənilərin fəaliyyət göstərməsini tələb edirlər. Bu da onların növbəti yuxularıdır. Bunu ancaq yuxularında görə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı prinsipial, dəyişməz, qətiyyətli mövqeyi var ki, heç bir statusdan söhbət gedə bilməz. Xüsusilə Fransa kimi dövlət əgər bu gün tələb edirsə ki, Qarabağda yaşayan ermənilər üçün xüsusi bir status təmin edilsin, onda dövlətimizin başçısının qeyd etdiyi kimi elə Marseldə 120-150 min erməni yaşayır, onlara muxtariyyət statusunu versin. Azərbaycan dövləti o statusu tanımağa hazırdır.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan, ona havadarlıq edən dövlətlər, xüsusilə Fransa mətbuatı, Böyük Britaniyanın bəzi KİV-ləri açıq aşkar anti-Azərbaycan siyasəti həyata keçirməyə başlayıblar. Bu əvvəllər də var idi, amma yeni şəraitdə, reallıqlar fonunda bu dezinformasiya maşını gecə-gündüz işləmə, 7/24 rejiminə keçib. Çalışırlar ki, regionda davamlı və dayanıqlı sülh əldə edilməsin. Regiona sülh gəlməsin və belə olan vəziyyətdə isə necə deyərlər, bulanıq suda balıq tutsunlar.

“Biz xatırlayırıq, BBC də bu istiqamətdə dəfələrlə canfəşanlıq edib. Xüsusilə heç yadımızdan çıxmaz, 2017-ci ildə Xocalı şəhərini - Azərbaycanın tarixi ərazisi, ermənilərin soyqırımı törətdiyi bu şəhəri utanmadan, çəkinmədən “Artsax”ın bir kəndi kimi təqdim etmişdi. Fransa mətbuatı gecə-gündüz ermənipərəst mövqeyini ortaya qoyur. Fransa prezidenti Emanuel Makron yerli televiziya kanallarına müsahibəsində açıq-aşkar ermənipərəst mövqeyini bildirir, Ermənistanın yanında olduğunu ifadə edir, onları yalnız qoymayacaqlarını qeyd edir. Həmçinin Qarabağ ermənilərinin siyasi hüquqları və təhlükəsizliyi məsələlərini qabardır, muxtariyyət məsələsini dilinə gətirir. Onun üçün beynəlxalq protektorat deyəndə elə Fransa protektorluğu nəzərdə tutulduğunu da dolayısı ilə beynəlxalq ictimai fikrə sırımaq istəyir. Elə Fransa mətbuatı da bu istiqamətdə gecə-gündüz, yalan, iftira ifraz etməklə məşğuldur. Amma bütün bunlar heç bir nəticə verməyəcək. Çünki bizim işimiz haqq işidir. Biz beynəlxalq hüquqa hörmətlə yanaşır, ona istinad edib öz siyasətimizi həyata keçirən dövlətik. Biz güclüyük, ölkəmiz 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan bu gün çox güclü dövlətdir və bunu sözlə deyil, əməli addımlarla, tarixi Zəfəri ilə təsdiqləyib. Yeri gəlmişkən, Ali Baş Komandanımızın söylədiyi kimi üç il bundan qabaq tarixi Zəfərə imza atmış Ordumuz indi daha güclüdür və şərtləri biz diktə edirik, heç kim bizə şərt diktə eləyə bilməz. Kimlər ki, Azərbaycanı hədəfə alıb bilsinlər ki, odla oynamaq olmaz, özlərini yandırar”, - deyə Elman Nəsirov qeyd edib.




Baxış sayı: 175
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30