FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edib
4-09-2023, 15:10 | TƏDQİQATLAR-ANALITIKA
Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edib

Xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan qondarma separatçı rejimi ayrıca subyekt kimi təqdim etməyə çalışıb. Belə bir fikir səsləndirib ki, qondarma Dağlıq Qarabağ separatçı rejimi Azərbaycanla özü danışıqlar aparmalıdır. Bu o deməkdir ki, Paşinyan elə o vaxtdan separatçıları ayrıca müzakirə tərəfi kimi dövriyyəyə qatmaq istəyib. Mahiyyət etibarilə, Paşinyanın bu addımları separatçıların müstəqil subyektə çevrilməsinə xidmət cəhdləridir.

Fact-info.az xəbər  verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra, həmçinin separatçıların müstəqil bir subyekt kimi qəbul olunması istiqamətində fəaliyyət də müəyyənləşdirib. Yəni, Paşinyan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü səmimi şəkildə tanımayıb. Sadəcə, ölkəmizin yaratdığı reallıqların təsiri altında bir sıra deklarativ bəyanatlar veribdir ki, guya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Son açıqlamasında isə separatçıların statusundan danışmaqla əsl mövqeyinin nədən ibarət olduğunu bir daha nümayiş etdirib. Ermənistan heç vaxt öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Paşinyanın sələfləri də eyni mövqedən çıxış edir, müzakirələrdə iştirak edərək imitasiyalarla məşğul olurdular. Özlərini məsələləri danışıqlar yolu ilə həll etməyə hazır kimi göstərsələr də reallıqda tamamilə fərqli – işğalçı və təcavüzkar mövqedə dayanırdılar. Paşinyan da sələfləri kimi işğalçı və təcavüzkar təfəkkürə sahib olduğunu hər addımda nümayiş etdirir.

“Paşinyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bir sənəd imzalanarsa, orada separatçı rejimin hansısa statusu da öz ifadəsini tapsın. Bu, həm də Paşinyanın geosiyasi oyunun aləti olduğunu göstərir. Ermənistanın baş naziri onu hakimiyyətə gətirən Qərb dairələrinin təlimatları əsasında, regionda gərginliyin qalmasında maraqlıdır. Çünki bu şəkildə həmin dairələrin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarının qalacağını başa düşür. Ona görə də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı səsləndirdiyi fikirlərdə qətiyyən səmimi olmadığını açıq şəkildə nümayiş etdirdi. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə aqressivcəsinə şübhə altına salan bəyanatlar səsləndirməsi onun öz fikirlərinə belə hörmətsiz yanaşdığını göstərir. Paşinyan heç vaxt səmimi olmayıb və bundan sonra da olmayacaq. Belə olan halda isə Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə həyata keçirməlidir”, - deyə Milli Məclisin deputatı qeyd edib.




Baxış sayı: 521
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30