FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan və Azərbaycan üçün ən təcili prioritet davamlı sülh sazişi olmalıdır"
30-08-2023, 16:40 | SİYASƏT
"Ermənistan və Azərbaycan üçün ən təcili prioritet davamlı sülh sazişi olmalıdır"

Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “Comment Central” nəşrində dərc olunmuş “Azərbaycan və Ermənistana sülh lazımdır, teatr yox” sərlövhəli məqaləsində yazıb.

Diplomat bildirib ki, Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tənqid edənlər beynəlxalq hüquqa zidd davranır:

“Sovet İttifaqı dağılan kimi Ermənistan etnik cəhətdən qarışıq olan bölgəni, eləcə də ona bitişik bir neçə ərazini - ümumilikdə Azərbaycanın demək olar ki, beşdə birini işğal etdi. Bu proses nəticəsində orada yaşayan yüz minlərlə azərbaycanlı qovuldu. Məqsəd işğal olunmuş torpaqları Ermənistana birləşdirmək idi. Hərçənd BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi onların ərazidən dərhal çıxarılmasını tələb edirdi”.

E.Süleymanov bildirib ki, otuz ildən sonra, Azərbaycan 2022-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib:

“44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ilin noyabrında imzaladığı birgə razılaşmaya əsasən, Rusiyanın məhdud sayda sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda yerləşdirilib. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren hissəsi kimi tanıdığını açıq şəkildə bəyan edib. Sülh müqaviləsi sərhədlərin qarşılıqlı tanınması və delimitasiyası ilə bağlı olacaq. Güclü sərhəd nəzarəti rejiminin yaradılması prosesin əvəzsiz hissəsidir”.

Səfirin sözlərinə görə, digər qonşu ölkələr kimi Ermənistanla da konkret sərhədlər olmalıdır:

“Bu o demək deyil ki, sülh asan olacaq. 30 il ayrı yaşadıqdan sonra regionun Azərbaycana yenidən inteqrasiyası səbir tələb edəcək. Azərbaycanlı qaçqınların vətənə qayıtması, mina probleminin həlli xeyli vaxt alacaq. Amma hər iki dövlət dinc, firavan Cənubi Qafqazın qurulmasına diqqət yetirsə gələcək əməkdaşlıq mühiti formalaşa bilər”.




Baxış sayı: 203
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30