FACT-INFO.AZ » CƏMİYYƏT » Totalitar rejimin repressiyasından qurtula bilməyən böyük el sənətkarı
30-08-2023, 09:25 | CƏMİYYƏT / MEDİA / SEÇİLMİŞLƏR
Totalitar rejimin repressiyasından qurtula bilməyən böyük el sənətkarı

Azərbaycanın tanınmış və ictimaiyyətə o qədər bəlli olmayan intellektual mülkiyyət sahiblərini sıradan çıxarmaq totalitar sovet rejiminin əsas hədəflərindən biri olub. 1937-ci ildə və sonrakı dönəmlərdə də bu proses davam edib. Biz Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində dövrünün nəhəng sənətkarı, repressiya qurbanı Aşıq Mirzə Bilalla bağlı araşdırmalarımızı davam etdirdik. Azərbaycan aşıq sənətinin tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsinin rəhbəri Ağamurad İsrafilovla görüşüb söhbət etdik.

O, görkəmli sənətkar Aşıq Mirzə Bilalla bağlı fikirlərini açıqladı: “Uzun müddət yaddan çıxan repressiya  qurbanı Mirzə Bilalı ilk dəfə Səttar Axundov tədqiq edib.  Daha sonra müharibə veteranı, elm adamı  Mürsəl Mürsəlov  onu araşdıraraq  1982-cı ildə  “Gəl görüşək ilk bahar” kitabını nəşr etdirib. Mən Mirzə Bilalın oğlu 94 yaşlı  Aga Şəfi əmi ilə söhbət etmişəm. O, atasına lələ deyirdi. Atası repressiyaya uğrayandan sonra onlar Kürdəmir rayonuna köçüblər.  Ailəsi ilə birlikdə orada yaşayıb.  94 yaşlı Ağa Şəfi əmi atasının həbs olunma anını xatırlayaq bildirirdi ki, 1938-ci ildə  bu hadisə baş verib. Gecə sahə müvəkkili, basqallı Canəli 3 dəfə Bilal deyib qışqırıb. Atam sanki hiss edib ki, bu çağrış  başqa çağrışdı. Ona görə, hamımızla halallaşır, uşaqların başın sığallayır və onun axrasınca gələn şəxslərlə birlikdə gedir və bir daha geri qayıtmır”.  

Onu qeyd edək ki, Mirzə Bilal 1937-ci ilə qədər bir dəfə həbs olunmuşdu. Sonradan isə bəraət alaraq həbsdən buraxılır. 

Müsahibimiz Ağamurad İsrafilov repressiyaya uğrayan  ustad haqqında fikirləri davam etdirir:  “Mirzə adı hər kəsə verilmirdi. Böyük istedad və intellekt sahibi olan Mirzə Bilal bir neçə xarici dili mükəmməl bilirdi. O, aşıqlıq sənətində parlaq sima olmaqla bərabər, klassik musiqimizi, muğam sənətini gözəl bilib və ifa edirmiş. Bütün bu ali keyfiyyətlərə görə, ustada xalq tərəfindən Mirzə adı verilib.  Mərhum tarixçi alim Seyfəddin Qəniyev Aşıq Mirzə Bilal haqqında yazdığı kitabda ustadın həbs olunması ilə bağlı sorğu vərəqində qeyd edib ki,  erməni millətindən olan müstəntiq  Matrosyan bu prosesi aparıb və nəticədə heç bir günahı olmayan, millətin qaymaqlarından biri Mirzə Bilal güllələnib. Təbii ki, ondan sonra Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir. Ağa Şəfi əmi təhlükəsizlik qüvvələri tərəfindən Mirzə Bilalın kitabları, əlyazmaları ilə bərabər hətta onun sazının da aparıldığını bildirir. Bu gün bizə çatdırılan  sənətkarın irsi yalnız yaddaşlardan toplanan nümunələrdir”. 

Haqq aşığını qətlə yetirən totalitar rejim  onun yaxınlarını, ailə üzvlərini rahat buraxmır. Şamaxının Quşçu kəndində məktəb direktoru işləyən Mirzə Bilalın qardaşı Ağasəlim müəllim dərhal məktəbdən uzaqlaşdırılır. Uzun illər keçəndən sonra o, digər məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir. 

Bir vacib məqamı unutmaq olmaz ki, XX əsrdə Azərbaycanın  bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin  mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Həmin dövrdə istintaq  orqanlarında işləyən şəxslərin demək olar ki, əksəriyyəti ermənilər və digər millətlərin nümayəndələri olub.  

Araşdırma Qrupu




Baxış sayı: 741
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30