Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çox uğurlu oldu. Bu səfər təkcə ikitərəfli münasibətlərdə mühüm mərhələ deyil, həm də hazırkı şəraitdə bütün Qlobal Cənub ölkələrinin yeni siyasət yürütməsinin simasıdır.
Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Çinin Tayhe İnstitutunun baş elmi işçisi Çien Fen Prezident İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən deyib.
“Biz divarlar deyil, körpülər tikirik. Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri arasında yeni münasibətlər yaratmaq üçün yaxşı bir modeldir. Düşünürəm ki, bu səfər iki ölkənin gələcək əməkdaşlığı üçün böyük əhəmiyyət kəsb edir və gələcək inkişaf yollarını müəyyənləşdirir”, - deyən Çien Fen əlavə edib ki, budəfəki səfər Azərbaycan ilə Çin arasında daha da yaxınlaşmanın tərəflər üçün faydalı olacağını göstərir.
Baxış sayı: 170
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
