FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir
24-04-2025, 21:00 | MƏDƏNİYYƏT
Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, soykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

Fact-info.azxəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxışında tədbirin Qərbi Azərbaycanın ruhunu və Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini əks etdirdiyini vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov Aşıq Ələsgərin yaradıcılığını yalnız poeziya deyil, milli yaddaşın mühüm daşıyıcısı kimi qiymətləndirib. O bildirib ki, universitet olaraq milli irsə, xüsusilə də aşıq sənətinə bağlılıq təhsil prosesində ardıcıl şəkildə davam etdirilir.

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova öz çıxışında Aşıq Ələsgərin yalnız böyük söz ustadı deyil, eyni zamanda, Qərbi Azərbaycanın dərdini, sevincini və torpaq həsrətini sazı və sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu vurğulayıb. O qeyd edib ki, XIX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ələsgər təkcə bölgənin deyil, bütövlükdə Azərbaycan xalq ədəbiyyatının unudulmaz söz ustadlarındandır. Onun qoşmaları, gəraylıları və təcnisləri xalqımızın fəlsəfi dünyagörüşünü, ictimai-sosial düşüncəsini və həyat tərzini bədii dillə ifadə edir. Aşıq Ələsgərin zəngin poetik irsi milli-mənəvi dəyərlərimizin daşıyıcısı və aşıq sənətinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Onun yaradıcılığı milli mənlik şüurunun formalaşmasında və qorunmasında əvəzsiz rola malikdir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, Aşıq Ələsgərin yaradıcılığı, xalqımızın mənəvi dəyərlərini, ana dilinə olan sevgisini və milli təfəkkürünü dolğun şəkildə əks etdirir: “Onun şeirləri və dastanları xalqın ruhunu əks etdirərək tariximizə və yaddaşımıza silinməz izlər buraxıb. Nəticə etibarilə Aşıq Ələsgər kimi sənətkarların sənəti Azərbaycanın milli kimliyini və mədəni zənginliyini daha da gücləndirərək xalqın yaddaşında əbədi yerini alıb”.

Ə.Ələkbərli xüsusilə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması yalnız bir yubiley tədbiri deyil, həm də tarixi ədalətin bərpasında mühüm rol oynayan bir amildir: “Prezidentimizin imzaladığı ilk sənədlərdən biri Aşıq Ələsgərin yubileyi ilə bağlıdır. Bu, təsadüfi deyil. Biz bu gün Bakı şəhərində Aşıq Ələsgərin adını yaşadırıq. Bu, zamanında onun abidəsini dağıdanlara bir cavabdır. Biz dədə-baba torpaqlarımızda, Göyçə mahalında onun izini yaşatmaqla həm də milli kimliyimizi qoruyuruq”. O diqqətə çatdırıb ki, Aşıq Ələsgərin irsi təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda – tarixən Azərbaycan torpağı olmuş bölgələrdə də böyük ehtiramla qarşılanır: “Bu da göstərir ki, aşıq sənəti və xalq yaradıcılığı ümummilli dəyər kimi daim yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Aşıq Ələsgər irsi Azərbaycanın milli-mədəni gücünün təməl daşlarındandır”.

Tədbirdə Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, dosent Qüdrət Umudov isə “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzularında məruzələrlə çıxış ediblər.





Baxış sayı: 275
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30