FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır
23-04-2025, 18:30 | SİYASƏT
Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır

Azərbaycan Çinin Avropaya açılan qapısıdır. Ölkəmiz Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün vacib iştirakçısı və etibarlı tərəfdaşı olaraq layihəyə öz tranzit potensialı ilə mühüm töhfələr verir. Bu kontekstdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın yeni mərhələyə keçəcəyini göstərir. Səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Son 33 ildə ardıcıl və dinamik şəkildə inkişaf edən münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu fikirləriMilli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O, bildirib ki, Çin-Azərbaycan əlaqələrinin təməli 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə qoyulub: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyev rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Onun uzaqgörən siyasəti və liderlik keyfiyyətləri Çin tərəfindən yüksək qiymətləndirilmişdi. Çin rəhbərliyi artıq o zaman Azərbaycanın regionda əsas geosiyasi oyunçulardan birinə çevriləcəyini öncədən görürdü. Bu münasibətlər 33 il ərzində qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edib. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki mövqeyi strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimada əsaslanan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı müxtəlif beynəlxalq platformalarda Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə qeyd edib, Sinxua agentliyinə verdiyi müsahibədə bu münasibətlərin perspektivlərini geniş şəkildə açıqlayıb. Həmin müsahibədə qeyd olunub ki, 2023-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

Deputat qeyd edib ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. İqtisadi sahədə əlaqələr davamlı olaraq genişlənir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir.

Orta Dəhliz – Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Çinlə birləşdirən etibarlı marşrut – bu əməkdaşlığın mühüm komponentidir. 2024-cü ildə bu marşrut üzrə daşınan yüklərin həcmi 378 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. Birgə Bəyannamədə təhsil sahəsində əməkdaşlığa da xüsusi önəm verilir: “Çinin beynəlxalq nüfuzu onun təhsil sisteminə də marağı artırır. Ölkəmizdə Çində təhsil almaq istəyən gənclərin sayının artması bunu təsdiqləyir. Azərbaycan və Çin universitetlərində müxtəlif ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alanların sayı ildən-ilə artır. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində fəaliyyət göstərən Konfutsi institutları çərçivəsində Çin dili tədris olunur. Eyni zamanda, Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi istiqamətində mərkəzlər və kafedralar fəaliyyət göstərməyə başlayıb”.

Deputatın fikrincə, təhsil sahəsində bu qarşılıqlı təşəbbüslər mütəxəssis hazırlığı və mədəni yaxınlaşma baxımından böyük əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, dillərin tədrisi, müəllim mübadiləsi və təhsildə əməkdaşlıq ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfə verəcək. Çinin iqtisadi yüksəlişi onun güclü təhsil sisteminə də əsaslanır. Bu uğurun təməlində Çin siyasi rəhbərliyinin uzaqgörənliyi və qətiyyəti dayanır. Azərbaycanla Çinin strateji tərəfdaşlığı yalnız iqtisadi və siyasi deyil, həm də ideoloji yaxınlığa – ortaq baxışlara əsaslanır. Bu, münasibətlərin daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır”. (Azərtac)

 




Baxış sayı: 175
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031