İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir.
Fact-info.az xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir. Hər ay keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunur. Lakin bu prosesdə ən böyük maneə mina təhlükəsidir. Ümumilikdə Ermənistan tərəfindən bu ərazilərdə bir milyondan çox mina və partlayıcı qurğu basdırılıb.
“Hazırda müvafiq dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə genişmiqyaslı minatəmizləmə işləri aparılır. Bununla belə, ərazilərin minalardan tam təmizlənməsi uzunmüddətli və böyük resurs tələb edən prosesdir və növbəti illərdə də davam edəcək. Təəssüf ki, indiyədək mina partlayışları nəticəsində 400-ə yaxın vətəndaşımız zərər çəkib, onlardan 70-i həyatını itirib. Qurbanların əksəriyyəti mülki şəxslərdir”, - deyə nazir vurğulayıb.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
