FACT-INFO.AZ » SİYASƏT » Ayxan Hacızadə Ermənistan XİN tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verib
29-08-2023, 12:20 | SİYASƏT
Ayxan Hacızadə Ermənistan XİN tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verib

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın suveren ərazisində təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsini qanunsuz adlandırmaqla yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28 avqust tarixində saxlanılan üç nəfər Ermənistan vətəndaşının qaçırıldığı iddiası yayması bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir.

Fact-info.az  xəbər verir ki, bu fikirlər Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli bəyanatına dair şərhində yer alıb.

XİN-in rəsmisinin şərhində deyilir: “Bununla, guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə onlarla mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir. Qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir. Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, həm bu ərazilərdən, həm də indiki Ermənistan ərazisindən azərbaycanlıları qovan və etnik təmizləmə həyata keçirən, hal-hazırda da bütün öhdəliklərinə zidd olaraq Azərbaycan ərazisində silahlı qüvvələrini tam olaraq çıxarmayan, separatçılığı təşviq edən Ermənistanın Azərbaycanı təcavüzdə təqsirləndirməsindən daha absurd bir fikrə rast gəlmək qeyri-mümkündür. Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, onun tərəfindən bölgədə irəlilədilən təcavüz siyasətinin heç bir əməli nəticəsi olmayacaq və Azərbaycanın sülhün bərqərar olması təşəbbüslərinə dəstək verilməsi Ermənistan üçün daha faydalı olardı”.




Baxış sayı: 207
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30