Fact-info.az-ın məlumatına görə, bunu “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova bildirib.
Onun sözlərinə görə, oğlu Nihad Oruclu ADA Universitetinin kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin kompüter mühəndisliyi ixtisasları üzrə üç ali məktəbə qəbul olunub.
S.Orucova bu uğurlu yolda Nihada dəstək olan müəllim heyətinə, imtahanlara hazırlaşmasında dəstək göstərən tədris mərkəzinə təşəkkür edib.
“Əminəm ki, Raqufun da ruhu şaddır. Biz Raqufa layiq yaşamağa çalışdıq, onun əqidəsi və arzuları bizim üçün hər şeydən önəmlidir. Nihad Atasına, Vətənimizə, millətimizə layiq övlad olacaqdır!”.
Baxış sayı: 188
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

