FACT-INFO.AZ » AKTUAL » Səttar Möhbalıyev: Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır
27-08-2023, 18:10 | AKTUAL
Səttar Möhbalıyev: Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır

Bu fikirləri Fact-info.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına sonuncu səfəri də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər. Dövlətimizin başçısı həmçinin Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etdi. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta bu yolda saman söpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən “dostlarının” əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi. Odur ki, Ermənistan sadəcə vaxt itirir və bununla düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Bir sözlə, status-kvo dəyişməzdir”, - Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib: “Çıxışında dövlətimizin başçısı ad günündə -  50 yaşım tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində  laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır”.


 




Baxış sayı: 360
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30