Bu barədə Fact-info.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qarşılama mərasimindən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Baxış sayı: 181
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

