Fact-info.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşıb. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində də qarşılaşıb və rəqibi üstələyin. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib.
"Olimpiya" 2022/23 mövsümü Sloveniya çempionatının qalibi olub. Komanda bu mövsüm yarışdığı Çempionlar Liqasının 1 və 2-ci mərhələlərində müvafiq olaraq "Valmiera" (Latviya) və "Ludoqorets"i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. 3-cü mərhələdə isə "Qalatasaray"a uduzaraq Avropa Liqasında pley-off mərhələsinə düşüb və "Qarabağ"a rəqib olub. Komanda hazırda Sloveniya liqasında 4 oyundan 9 xalla 3-cü yeri tutur (lider "Selye" və ikinci pillədəki "Maribor"dan 1 xal geri qalır).
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.
24 avqust
22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" - 0:2
Qollar: Kevin Medina, 33 (0:1), Leandro Andrade, 44 (0:2)
Qırmızı vərəqə: David Sualehe, 90+5 ("Olimpiya")
Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)
"Stozice" stadionu, Lyublyana
Baxış sayı: 172
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

