FACT-INFO.AZ » SİYASƏT » Alman tədqiqatçı: “Okamponun hesabatının müddəaları Ermənistanın maraqlarını dəstəkləyir və aldadıcıdır”
24-08-2023, 09:25 | SİYASƏT
Alman tədqiqatçı: “Okamponun hesabatının müddəaları Ermənistanın maraqlarını dəstəkləyir və aldadıcıdır”

Fact-info.az “Report”-a istinadən xəbər verir ki, bu barədə almaniyalı tədqiqatçı, doktor Mixael Raynhard Hessin vəkil Luis Moreno Okampoya ünvanladığı açıq məktubda deyilir.

Tədqiqatçı məktubunda vəkilə ermənilərin işlətdiyi və erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” ifadəsinin mənşəyini izah edib və əlavə edib ki, hesabatda guya Qarabağ bölgəsinin əsasən ermənilərin məskunlaşdığı region kimi qələmə verilməsi də spekulyativlikdən başqa bir şey deyil.

“Faktiki məzmuna gəlincə, “Artsax” sözünün (ümumiyyətlə erməni etimologiyasında olmayan sözdür) göstərdiyiniz xronoloji üfüqdə həqiqətən təsdiq oluna biləcəyi şübhə doğurur. Ermənilərin Strabonun (e.ə. 63-cü il - eramızın 23-cü ili) işlətdiyi “Orxisten” toponiminin “Artsax” ilə eyniləşdirilməsi yalnız spekulyativdir. Məndə olan məlumata görə, erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” toponimi eramızın 5-ci əsrindən əvvəl olmamaqla geniş yayılıb. Təbii ki, nə bizim eranın əvvəli, nə də sonrakı dövrlər, o cümlədən 5-ci əsrdən sonrakı dövrlərlə bağlı dəqiq demoqrafik statistikamız yoxdur. Bu isə o deməkdir ki, bəyanatınızın yeganə interpretasiyası olan fikir – regionda əsasən ermənilərin yaşadığı ilə bağlı düşüncəniz də yalnız və yalnız spekulyativ xarakterlidir” – məktubda qeyd edilir.

Hessin məktubunda vurğulanır ki, “Artsax” termini ən azı 1921-ci ilə qədər hətta ermənilərin özləri tərəfindən də geniş istifadə olunmayıb. Bunu, məsələn, Ermənistan SSR Xalq Komissarları Sovetinin 12 iyun 1921-ci il tarixli bəyannaməsi də sübut edir.

“Bu arada regionun ənənəvi “Qarabağ” adı əsrlər boyu müxtəlif inzibati və siyasi sənədlərdə işlədilmiş və bu günə qədər də istifadə olunmaqdadır”, - alman tədqiqatçı vurğulayır.

“Artsax”ın tarixi anlayışı ilə onun XX əsrdə erməni millətçiləri tərəfindən müasir reintroduksiyası arasındakı fərqi gizlətməklə, sizin töhfəniz əslində eramızın əvvəlindən erməni toponimik, demoqrafik, siyasi və tarixi davamlılığını təklif etmək istəyən millətçi erməni diskursunu təbliğ edir. Lakin belə bir davamlılıq yoxdur”, - məktubda deyilir.

Mixael Raynhard Hess vurğulayır ki, Okamponun gəldiyi nəticəni oxuduqdan sonra onda belə bir təəssürat yaranıb ki, vəkilin hesabatı həm tarixi fonun, həm də real vəziyyətin birtərəfli ermənipərəst şərhinə əsaslanır.

Alman tədqiqatçı Okamponun Qarabağda guya “aclıq soyqırımı”nın baş verdiyi barədə dediklərini də təkzib edib:

“Doğrudanmı Qarabağın geniş dağlıq rayonları kimi münbit bir regionda, təbii sərvətlərin yetərincə olduğu, əkinçilik və heyvandarlığın mümkün olduğu münbit bir bölgədə cəmi 120 min nəfərlik (bu, Ermənistanın iddia etdiyi rəqəmdir) icmanın yayın ortasında acından ölə biləcəyinə inanırsınız?! Həmçinin məqalənizdən məlum olur ki, bu ərazilərdən ağır xəstələrin təxliyəsi üçün tədbirlər görülüb. Bu həm də o anlama gəlir ki, qida çatışmazlığından əziyyət çəkən insanlar da regiondan kənara çıxarıla bilərdi. Məqalənizdə aclığın həqiqətən olduğu və ya Qarabağda qrup halında yaşayan erməniləri təhdid edə biləcəyinə dair hər hansı bir sübut və ya işarə yoxdur”.

Mixael Raynhard Hess, həmçinin Okamponun Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsini yaratmasının guya “soyqırımı”na hazırlamaq vasitəsi kimi şərh oluna biləcəyi ilə bağlı iddialarının inandırıcı olmadığını söyləyib: “Bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının xarici sərhədləri olan ölkələrinin insan və malların qaçaqmalçılığının qarşısını almaq üçün oxşar sərhəd-keçid məntəqələri var, lakin heç kim onları soyqırımı hazırlamaqda ittiham etmir”.




Baxış sayı: 209
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30