FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan türk xalqları arasında körpü missiyasını çox böyük uğurla həyata keçirməkdədir
24-08-2023, 08:20 | XƏBƏR
Azərbaycan türk xalqları arasında körpü missiyasını çox böyük uğurla həyata keçirməkdədir

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspertin sözlərinə görə, Şavkat Mirziyoyevin ölkəmizə gəlişinin tarixi əhəmiyyətini artıran məqamlardan biri də onun yenidən qardaş Özbəkistanın Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsidir. Bu, Özbəkistanın Azərbaycan verdiyi böyük önəmlə yanaşı, həm də ölkəmizin Türk dövlətlərinin bir araya gəlməsində həyata keçirdiyi mühüm missiyaya verilən yüksək dəyər kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin 2011-ci ildə Naxçıvan Bəyannaməsinin imzalandığı vaxtdan həyata keçirdiyi tarixi missiya artıq öz bəhrəsini verməkdədir. Azərbaycan türk xalqları arasındakı birləşdirici təyinatını, coğrafi, siyasi və mədəni körpü missiyasını çox böyük uğurla həyata keçirməkdədir. Səfər çərçivəsində bu missiyanın coğrafi aspektlərində də xüsusi diqqət ayrılması hədəfin kifayət qədər aydın və çoxşaxəli, geniş spektrli olduğunu təsdiqləyir.

“Prezident İlham Əliyev mətbuata açıqlamasında bu məqamlara xüsusi diqqət çəkdi. Görüşlər çərçivəsində iki ölkə arasında mövcud münasibətlərin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlərin ətraflı təhlil edildiyini bildirən dövlətimizin başçısı münasibətlərimizin gələcək inkişaf yollarının müzakirə və müəyyən olunduğunu diqqətə çatdırdı.

Beləliklə, Özbəkistan rəhbərinin səfəri çərçivəsində münasibətlərimizin inkişafının gələcəyi müəyyən edildi. Hazırkı nəticələr münasibətlərin düzgün yolla irəlilədiyini göstərir.

Eyni yanaşma Prezident Şavkat Mirziyoyevin bəyanatında da özünü büruzə verdi. Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanla Özbəkistanın yaxın hədəfləri “münasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının, nəqliyyat logistikasının müxtəlif səviyyələrini təmin etmək üçün çox ciddi layihələrdir. Çünki bu gün bizim üçün, Özbəkistan üçün iqtisadiyyatımızda ümumilikdə nəqliyyat sahəsi çox ciddi komponentdir. Biz isə öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır.

Göründüyü kimi, Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar", - deyə E.Mirzəbəyli qeyd edib.

Nəqliyyat kommunikasiyalarının inkişafının qarşılıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biri olduğunu vurğulayan siyasi ekspert deyib: “Qeyd edim ki, həm Azərbaycan, həm də Özbəkistan ərazisindən çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir. 2018-ci ildən etibarən, Özbəkistan nəqliyyat infrastrukturunun yenilənməsinə, ölkənin logistik imkanlarının genişlənməsinə böyük önəm verir. Azərbaycan isə bu istiqamətdə, artıq uzun illərdir ki, mühüm layihələr həyata keçirir və bu proses davam etməkdədir”.

E.Mirzəbəylinin sözlərinə görə, dünyada baş verən dəyişikliklər və yaranan yeni reallıqlar nəticəsində nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin və təhlükəsizliyinin mühüm amilə çevrildiyini nəzərə alsaq, həm Azərbaycan, həm də Özbəkistanın olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahib olduqlarını müəyyənləşdirə bilərik. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin yaxın perspektivdə subregion üçün həyati əhəmiyyət kəsb edən istiqamətə çevrilə biləcəyi perspektivinin də yüksək olduğunu söyləmək mümkündür. Özbəkistanın Transxəzər nəqliyyat dəhlizinə marağının artması və sözügedən istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlı görünməsi də mövcud reallıqlardan qaynaqlanmaqla yanaşı gələcəyə yönəlmiş strateji addımlardır. Ortaq layihələr və nəqliyyat dəhlizlərinin inteqrasiyası, şübhəsiz ki, Azərbaycanla Özbəkistanı bir-birinə daha sıx şəkildə bağlayacaq.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanın uzun illərdən bəri yürütdüyü, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrə gətirib çıxarması və nəhayət 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Türk xalqlarının dövlətçilik tarixində mühüm yerə malik olan qardaş Özbəkistanda da rəğbətlə qarşılanıb və eyni zamanda, qarşılıqlı münasibətlərin inkişafına, ortaq və təhlükəsiz gələcəyin perspektivinə olan inamı daha da artırıb.

“Çağdaş dünyanın reallıqları belədir: Güclü olmasan, sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi.

Qardaş Özbəkistanın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir.

Qənaətimə görə, Özbəkistan Prezidentinin mətbuat üçün bəyanatında dövlətimizin başçısına xitabən səsləndirdiyi fikirlər qarşılıqlı münasibətlərin perspektivini müəyyənləşdirmək üçün yetərlidir. Sitat: “İlham Heydər oğlu, bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq”.

Bəli, Özbəkistan və Azərbaycan, bütövlükdə Türk dünyası tarixin amansız dönəmlərində qopardılmış bağları yenidən və həm də möhkəm təməllər üzərində birləşdirir. Hədəf Türk dünyasının birliyi, rifahı və öz tarixi kökləri üzərindən inkişafıdır.

Azərbaycan xalqı bu prosesdə öz Liderinin oynadığı tarixi missiya ilə qürur duya bilər”, - deyə E.Mirzəbəyli fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 200
Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930