FACT-INFO.AZ » XƏBƏR » Qafan hava limanının açılacağı anonsunu verən Ermənistan yeni təxribatlar üçün zəminlər hazırlayır- Politoloq
19-08-2023, 09:15 | XƏBƏR
Qafan hava limanının açılacağı anonsunu verən Ermənistan yeni təxribatlar üçün zəminlər hazırlayır- Politoloq

Azərbaycan tərəfi rəsmi şəkildə bu müəssisənin fəaliyyətinə imkan verməyəcəyini bildirdi və müvafiq addımlar atıldı. Cavab olaraq ermənilər bütün dünyaya burada da “türklərin genosid” etdiyini haray etməyə başladılar. Ancaq onlara sonra çətinliklə də olsa izah edildi ki, 1991-ci il Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyası (Espo Konvensiyası) adlı beynəlxalq hüquqi sənəd var. Espo Konvensiyaya görə sərhədyanı bölgədə ekologiyaya zərər gətirəcək obyekt tikərkən qonşu ölkənin də razılığının alınması zəruridir. Bundan sonra səssizcə həmin metallurgiya obyektinin başqa yerə köçürüləcəyi ilə bağlı qərar verildi.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib.

Politoloq qeyd edib ki, indi də Ermənistan bənzər şəkildə Azərbaycanla həmsərhəd Qafan şəhərində müntəzəm relslərin açılacağı anonsunu verdi: "Əvvəlla sülh müqaviləsi imzalamadığı bir ölkə ilə sərhəddə və hələ də silahlı toqquşmaların olduğu bölgədə hava limanının bu cür tələskənliklə açılması təkcə absurd məsələ deyil. Bununla Ermənistan gələcək təxribatlar üçün yeni zəminlər hazırladığını göstərir. Bu hava limanından gələcəkdə Ermənistanın havadarlarının hərbi məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz. Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanının yerini Ermənistanla sərhəddən uzaqda olan məkanı seçdi.

Beynəlxalq təcrübəyə əsasən iki dövlətin sərhədində yerləşən hava limanları unikal coğrafi mövqelərinə görə fərqli tənzimləmə tələblərinə tabedir. Azərbaycan- Ermənistan sərhədində hava limanı tikilərkən və fəaliyyət göstərərkən mütləq şəkildə qonşu ölkə ilə koordinasiya və razılaşmalar nəzərdən keçirilməlidir. Eyni zamanda, beynəlxalq aviasiya nizamlamalarına və qaydalarına əməl edilməlidir. Dünya təcrübəsində iki və daha çox ölkənin sərhədinin yaxınlığında hava limanlarının olması təcrübəsi var. Bu ölkələr həmin hava limanlarını qarşılıqlı məsləhətləşmə, koordinasiya, planlaşdırma və əməkdaşlıq şəraitində birlikdə həyata keçirirlər.

Bir sözlə, iki dövlətin sərhədində yerləşən hava limanları diqqətli planlaşdırma, koordinasiya və əlaqəli tərəflər arasında əməkdaşlıq tələb edir. İkitərəfli müqavilələr, beynəlxalq qaydalar, milli qanunlar və effektiv kommunikasiya bu unikal hava limanlarının rahat və təhlükəsiz istismarını təmin edən əsas elementlərdir".

O əlavə edib ki, Ermənistan Qafan hava limanının fəaliyyətə başlayacağını elan edərkən bununla bağlı Azərbaycanı məlumatlandırmayıb. Ona görə də Ermənistan öz əməlləri ilə Azərbaycana bu hava limanının fəaliyyətinə imkan verməməklə bağlı kifayət qədər hüquqi əsaslar verir.




Baxış sayı: 194
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30