Fact-info.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
O bildirib ki, I Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var.
Sektor müdirinin sözlərinə görə, aidiyyəti qurumlar bu məsələ ilə bağlı sıx əməkdaşlıq edilir:
"BQXK-dən gözləntilərimiz yüksək idi".
"Ərazilərimizin azad olunması həmin yerlərdə fəaliyyətimizin gücləndirilməsinə imkan verib. Çünki artıq həmin ərazilərdə işlər görürük, kütləvi məzarlıqlar aşkar edirik. Aşkarlanan qalıqlarda erməni hərbçilərin daim əsirlərə işgəncələr verildiyi məlum olur. Ermənistanla bir çox məsələlər, eləcə itkin düşmüş şəxslərlə bağlı daim müzakirələr aparılır. Ümid edirik ki, artıq Ermənistan itkin düşmüş şəxslərin aqibəti barədə bizə məlumat verəcək, həmçinin kütləvi məzarlıqların siyahısını bizə verəcək. 30 il vaxt keçib, görünən odur ki, belə məlumatları paylaşmaqdan qorxurlar. Çünki bilirlər ki, siyahını verəcəkləri təqdirdə Müharibə cinayətləri ilə bağlı komissiya müvafiq tədbirlər görəcək. Bu məsələdə beynəlxalq səviyyəli iş birliyinə ehtiyac var", - o, əlavə edib.
Baxış sayı: 211
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

