FACT-INFO.AZ » SİYASƏT » Londondakı icmamız “Amnesty International” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib
18-08-2023, 11:20 | SİYASƏT
Londondakı icmamız “Amnesty International” beynəlxalq təşkilatının ofisi qarşısında etiraz edib

Fact-info.az xəbər verir ki, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiyayönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə gerçəkləşdirilib.

Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovlara görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovları azad edin!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarlarını nümayiş etdiriblər.

İndiyədək bu aşkar pozuntulara lazımi reaksiya vermədiyinə görə “Amnesty International”ı qınayan aksiya iştirakçıları beynəlxalq təşkilatı Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitinin qorunması, Ermənistanın ekoloji terroruna son qoyulması, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin təmin olunması və insan hüquqlarının qorunması istiqamətində əməli fəaliyyətə keçməyə çağırıblar.

Aksiya ilə maraqlanan londonluların diqqəti 30 il ərzində ölkəmizə qarşı təcavüzkar və qəsbkar siyasət yürütmüş Ermənistanın hərbi və ekoloji cinayətlərinə cəlb edilib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın xəritələri təqdim etməməsinin qanun pozuntusu olduğu, azərbaycanlıların haqlarının kobudcasına pozulduğu nəzərə çatdırılıb.

Üstəlik, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil etdiyi, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı vurğulanıb. Ermənistanın yolverilməz əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində 60 min hektardan çox meşə sahəsinin məhv edildiyi, çaylarımızın çirkləndirildiyi vurğulanıb.

Tədbirin sonunda aksiyanın qətnaməsi “Amnesty International” beynəlxalq təşkilatının ofisinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın bölgədəki sülh səylərinin dərk edilməsi və dəstəklənməsi barədə Koordinasiya Şurasının bəyanatı BMT, “Amnesty International” və digər beynəlxalq təşkilatlara da göndərilib.




Baxış sayı: 156
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30