Fact-info.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun gündəlik hesabatında deyilib.
İnstitut xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qüvvələrinin Berdyansk və Melitopol istiqamətlərində hücum əməliyyatları aparması və Robotino ərazisində (Zaporojye vilayətinin qərb hissəsi, Orixovdan 13 km cənubda) qismən uğur qazanması barədə məlumat yayıb.
Qeyd olunub ki, bir neçə rusiyamənşəli mənbə avqustun 12-də Rusiya qoşunlarının Urojaynedən (Donetsk və Zaporojye vilayətlərinin sərhəddində) geri çəkildiyini iddia edib. Lakin avqustun 13-də eynimənşəli digər mənbələr bu iddiaları təkzib edib. Əvəzində Rusiya qoşunlarının Urojaynenin cənub hissəsini hələ də əldə saxladıqlarını bildiriblər.
MAİ işğalçıların Urojaynedən tamamilə geri çəkildiyini təsdiq edə bilmir:
“Rusiya qoşunları, yəqin ki, hələ də ən azı qəsəbənin cənub hissəsində mövqelərini saxlayırlar”.
Baxış sayı: 207
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

