Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarışlara cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkarlanması üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda da mübarizə aparıblar.
Sonda Quru Qoşunlarının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən ediblər.
Hakimlərin qərarına əsasən “Hadrut” yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. "Bakı" və "Kəlbəcər" komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, 8 komanda üzrə 32 hərbi qulluqçunun iştirak etdiyi yarışda fərdi olaraq ən yaxşı nəticə əldə etmiş iştirakçılar Azərbaycan Ordusunda keçiriləcək səmti müəyyənetmə birinciliyində Quru Qoşunlarını təmsil edəcəklər.
Baxış sayı: 240
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

