Fact-info.az xəbər verir ki, görüş zamanı Şuşa şəhərinin Liqadakı fəaliyyəti barədə danışılıb, zəngin tarixə, mədəniyyətə məxsus, Tarixi Şəhərlər Liqasının üzvləri olan Şuşa ilə Kioto arasında münasibətlərin və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Daisaku Kadokava hazırda Qarabağda, o cümlədən Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumatlı olduğunu bildirib, postmünaqişə dövründə sülh istiqamətində atılan addımları, əhalinin öz yurd-yuvalarına köçmələri üçün görülən işləri, bərpa-quruculuq layihələrini yüksək qiymətləndirib.
Öz növbəsində Aydın Kərimov Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti, Kioto şəhərinin meri Daisaku Kadokavanı Azərbaycana, Şuşa şəhərinə qonaq dəvət edib.
Xüsusi nümayəndəni tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib.
Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 2022-ci il noyabrın 14-16-da Cənubi Koreyanın Andonq şəhərində baş tutan 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasının üzvlüyünə qəbul olunub.
Baxış sayı: 259
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

