FACT-INFO.AZ » XƏBƏR » Normadan artıq isti hava şəraitində iş rejimi necə olmalıdır?
9-08-2023, 10:15 | XƏBƏR
Normadan artıq isti hava şəraitində iş rejimi necə olmalıdır?

AHİK-in Hüquq, Əməyin mühafizəsi və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin birgə məlumatında göstərilir ki, burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib.

Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin  əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur.

Əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub.

Qeyd edək ki, havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir. Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində Əmək Məcəlləsinin müəyyən etdiyi normalardan kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilərlər.

Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.





Baxış sayı: 290
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30