FACT-INFO.AZ » CƏMİYYƏT » Erməni terroru-1967-ci il, Xankəndi şəhəri
7-08-2023, 13:45 | CƏMİYYƏT
Erməni terroru-1967-ci il, Xankəndi şəhəri

Biz  araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində daha bir maraqlı faktla rastlaşdıq. Əslən Xocalı sakini, Azərbaycan Tibb Universitetinin professoru Mübariz Qasım oğlu Allahverdiyevin şahidi olduğu hadisəni diqqətinizə çatdırırıq.

Mən Mübariz Allahverdiyev 1966-cı ildə N. Nərimanov adına  Dövlət  Tibb İnstitutunu bitirdikdən sonra öz istəyimlə Dağlıq Qarabağa təyinat aldım. O zaman DQMV-nin səhiyyə şöbəsinin müdiri olan Atayan soyadlı erməni məni ərazidə yerləşən tibb ocaqlarından heç birinə işə götürmədi. Müxtəlif bəhanələr gətirərək bildirdilər ki, yerimiz yoxdu. Sonradan mən öyrəndim Xankəndi Səhiyyə şöbəsinin müdiri olan həmin erməni Atayan Azərbaycan Səhiyyə Nazirliyinə deyil, birbaşa Ermənistanın Səhiyyə nazirliyi ilə əməkdaşlıq edir. O, yaxın çevrəsinə bildirib ki, səhiyyə sahəsindəki bu yerlər ermənilər üçündür.
 Mən çox çətinliklə Dağlıq Qarabağdakı  Əsgəran rayonu Naxçıvanik kəndində 1966-cı ildə həkim kimi fəaliyyətə başladım. O zaman Moskvadan və İrəvandan təlimatlar alan ermənilər separatizmi qızışdırırdılar. Demək olar ki, istəklərinə nail oldular. Bir faktı  demək istərdim. 1967-ci ilin iyul ayının əvvəllərində  Xankəndində ermənilərin törətdiyi qanlı terror aktını yaxşı xatırlayıram. Xocavənd rayonunun Qarakənd məktəbinin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Ələmşah Xanlar oğlu Məmmədov Xankəndində erməni təzyiqləri və təhdidləri nəticəsində ölüm cəzasına məhkum edilmişdilər.
 Sonradan məhkəmə zalından çıxarılan məktəbin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Şuşa həbsxanasının iki əməkdaşı  küçədə qəflətən erməni hücumuna məruz qalırlar. Hər üç şəxs diri-diri yandırılaraq öldürülüb. Ermənilər əsas səbəb kimi onu bildirirdilər ki, erməni uşağını məktəbin direktoru Ərşad müəllim öldürüb. O zaman erməni təxribatına çox görkəmli bir azərbaycanlı ziyalı qurban gedib. Çox acınacaqlı məqamdır ki, orada yaşayan, dövlət strukturlarında çalışan azərbaycanlılar bu qətlin qarşısını ala bilmədilər.  

Sonradan mən  Xankəndinə gedib  azərbaycanlı dostlarımla birlikdə hadisə yerinə baş çəkdik və eşitdik ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsindən bir qrup nümayəndə heyəti faciənin səbəblərini araşdırmaq üçün Qarabağa gəlib. Öyrəndik ki, nümayəndə heyətinə adını ilk dəfə eşitdiyimiz general Heydər Əliyev rəhbərlik edir. Qısa zamanda DQMV-yə yayıldı ki,  Heydər Əliyev araşdırma apararaq tam sübuta yetirib ki, erməni uşağını azərbaycanlı Ərşad müəllim yox, uşağın atasının yaxın dostu, erməni millətindən olan, orta məktəb müəllimi milli zəmində ixtişaş yaratmaq və DQMV-ni Ermənistana birləşdirmək məqsədilə bu qətlı törədib. Uşağın atası bunu bildikdən sonra erməni millətinə nifrətini gizlətmədi. 

Tibb Universitetinin professoru Mübariz Allahverdiyev onu da bildirdi ki, məhz Ulu öndər Heydər Əliyev ondan sonra Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağdakı erməni separatizminə son qoyuldu. Yalnız 1988-ci ildə keçmiş SSRİ miqyasında baş verən hadisələrin və erməni separatizminə böyük dəstək nəticəsində vəziyyət yenidən gərginləşdi.

Araşdırma qrupu




Baxış sayı: 1 127
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30