FACT-INFO.AZ » XƏBƏR » Ermənistanın əsl məqsədi Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaqdır
7-08-2023, 08:35 | XƏBƏR
Ermənistanın əsl məqsədi Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaqdır

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat vurğulayıb ki, Ermənistanın əsl məqsədinin süni ajiotaj yaratmaq, Laçın yolu ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaqdan ibarət olduğu çox aydın şəkildə görünsə də, bəzi dövlətlər bu məsələyə ikili standartlar prizmasından qiymət verir.

Deputat xatırladıb ki, 2014-cü ildə Rusiya Federasiyasının Ukrayna ərazisinə humanitar yardım göndərmək təşəbbüsünə beynəlxalq birliyin reaksiyası tamamilə fərqli motivlərə əsaslanmışdı: “Bu barədə Azərbaycan mediasında da maraqlı araşdırmalar dərc olunub. Bu, əslində bütövlükdə Azərbaycan ictimaiyyətini maraqlandıran bir mövzudur. 2014-cü il avqustunda Rusiyanın irəli sürdüyü Donetsk və Luqanska humanitar karvanlarının göndərilməsi təklifi Qərb ölkələrinin kəskin etirazına səbəb olmuşdu. ABŞ Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcəyini, ATƏT isə yardımın Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmasının zəruriliyini bəyan etmişdi. Ümumiyyətlə, müxtəlif ölkələrin və beynəlxalq qurumların məsələ ilə bağlı ümumi mövqeyi bundan ibarət idi ki, Ukraynanın rəsmi icazəsi olmadan “humanitar yük” karvanının göndərilməsi Ukraynanın suverenliyinə hörmətsizlikdir. Əlbəttə ki, onlar bu mövqelərində haqlı idilər. Məhz bu kontekstdə baxdıqda, bu gün Laçın yolu ətrafında baş verənlərə bir çox qərb dövlətləri və beynəlxalq təşkilatların yanaşması tamamilə anlaşılmazdır".

Soltan Məmmədov qeyd edib ki, Ermənistanın başqa bir dövlətin ərazisinə razılaşdırmadan humanitar yardım göndərmək cəhdi siyasi sabotajdır və əsas məqsəd Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlara zərbə vurmaqdan ibarətdir. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquqa əsaslanır: “Ukrayna və Qərb dövlətləri, eləcə də onlarla eyni mövqedən çıxış edən beynəlxalq təşkilatlar 9 il bundan öncə Rusiyanın Donetsk və Luqanska humanitar yardım göndərmək təşəbbüsünə hansı arqumentlərlə etiraz edirdilərsə Azərbaycan bu gün Ermənistanın eyni məzmunlu cəhdinə münasibətdə eyni arqumentlərə istinad edir. Çünki beynəlxalq hüquq ölkələrə və ərazilərə fərqli şəkildə tətbiq oluna bilməz. Təəssüf ki, biz bu gün həmin ölkələrin və qurumların tamamilə fərqli mövqeyini müşahidə edirik. Bu, beynəlxalq nizam qaydalarının işlək mexanizmlərinin effektivliyini itirdiyinə, ikili standartların beynəlxalq münasibətlər sisteminin ən təsirli prinsiplərindən birinə çevrildiyinə dair mülahizələrin əsaslı olduğunu göstərir”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilməyəcəyini ən yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Laçın yolu ilə bağlı Azərbaycan dövlətinin mövqeyini çox aydın və konkret şəkildə bildirib: "Azərbaycana təzyiq yolu ilə hansısa ədalətsiz yanaşmanı qəbul etdirmək mümkün deyil. Yaxın tariximizin təcrübəsi bunu dəfələrlə təsdiq edib. Regionda və dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda ölkənin milli təhlükəsizliyini və dövlət maraqlarını qorumaq nə qədər çətin olsa da Azərbaycan güclü bir dövlət kimi haqlı və ədalətli mövqeyini qətiyyətlə müdafiə edəcək”.




Baxış sayı: 233
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30