FACT-INFO.AZ » İQTİSADİYYAT » Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi ilə bağlı Koordinasiya Komissiyasının iclası keçirilib
5-08-2023, 12:25 | İQTİSADİYYAT
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi ilə bağlı Koordinasiya Komissiyasının iclası keçirilib

Bu barədə Fact-info.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 2022-ci il sentyabrın 24-də Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Bu il iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili əksini tapıb.

Bununla bağlı, Komissiyanın ilk iclasında Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev Sərəncamın icrası ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlər barədə çıxış edib. Prezidentin Sərəncamının əhəmiyyəti vurğulanıb, bu barədə mövcud vəziyyətin təhlili şərhi verilib, ölkədə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində müvafiq institusional sistemin yaradıldığı, normativ hüquqi baza formalaşdırıldığı və bu istiqamətdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən nəzarətin və tənzimləmənin həyata keçirildiyi qeyd edilib.

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı zamanı mümkün qəzaların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsinə, gələcək risklərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin yerinə yetirilməsinə, xüsusən də bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında operativ və səmərəli məlumat mübadiləsinin aparılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, habelə burada səmərəli planlaşdırmanın və koordinasiya işinin təşkilinə böyük ehtiyacın olduğu bildirilib.

Bütün bunlardan irəli gələrək, Komissiya qarşısında duran vəzifələrin, səmərəli koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılması, ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

İclasda, həmçinin təşkilati məsələlərə baxılıb, Komissiya Katibliyinin tərkibi təqdim olunub, Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələr - “Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi”, “Texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi” və “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi” üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunmuş və digər məsələlər müzakirə edilib.




Baxış sayı: 376
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30