Bu barədə Fact-info.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir.
Ssenariyə əsasən Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər.
Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdirirlər.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.
Baxış sayı: 252
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

