FACT-INFO.AZ » SİYASƏT » Səttar Möhbalıyev: “Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır”
4-08-2023, 07:20 | SİYASƏT
Səttar Möhbalıyev: “Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır”

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa şəhərində nüfuzlu “Euronews” televiziyasına müsahibəsi əvvəlki müsahibələr kimi, dünyanın diqqət mərkəzindədir: “Təbii ki, müsahibənin Şuşada təşkil olunması imkan verir ki, qonaq jurnalist real vəziyyəti öz gözləri ilə görsün. İşğalda azad olunmuş Azərbaycan ərazilərinə daxil olub Şuşaya çatana qədər işğalçı Ermənistanın vandal hərəkətlərinin izlərini görmək mümkündür. Həmçinin Şuşanı görən hər kəsə açıq məlum olur ki, bu şəhər kimə məxsusdur. Şuşa daşından, qayasından tutmuş, mədəni abidələrinə qədər Azərbaycandır. Müsahibədə Prezident İlham Əliyev bölgədəki vəziyyəti ətraflı şərh edərək həm Vətən müharibəsi, həm onun nəticələri və mövcud vəziyyət barədə məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan sülh və sabitlik tərəfdarıdır. Bütün səylərini bu istiqamətdə qurub. Azərbaycan sülh təklifini müharibə başa çatandan dərhal sonra irəli sürüb və bütün platformalarda aparılan danışıqları dəstəkləyib, çünki əsas məsələ sülhə nail olmaqdır. Təbii ki, prosesin bu qədər uzanmasının günahkarı da məhz Ermənistandır. Eləcə də hamıya məlumdur ki, bu sülh bütün region dövlətləri arasında əməkdaşlığa gətirib çıxaracaq, ölkələrin iqtisadi inkişafına səbəb olacaq”.

“Həmçinin Prezident İlham Əliyev Laçın yolundakı vəziyyəti, Ermənistanın əl atdığı siyasi oyunları qeyd edərək real mənzərəni diqqətə çatdırdı. Laçın yolu humanitar məqsədlər üçün hər zaman açıq olub, insanların rahat hərəkəti təmin edilib. Amma Ermənistan tərəfi bu yolla qanunsuz daşımalar həyata keçirib, təxribatlar törədib, hətta atəş açaraq sərhədçimizi yaralayıb. Son vaxtlar onlara təklif olunan daha təhlükəsiz yoldan imtina edərək Laçın yolu ilə bağlı siyasi şoular düzəldib və elə sanıb ki, bu oyunlarla guya Azərbaycana təsir edə biləcək. Təbii ki, bu mümkün deyil. Eləcə də Prezidentimizin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı səsləndirdiyi fikir diqqət çəkdi. Bu qurum da fəaliyyətini düzgün istiqamətdə qurmalıdır. Çünki Xankəndi Azərbaycan şəhəridir. Bu zaman sual çıxır ortaya: komitənin Xankəndindəki ofisi hansı əsasla İrəvandakı mərkəzə tabe olur? Bu, birbaşa beynəlxalq prinsiplərin pozulmasıdır. Odur ki, komitə bunu mütləq nəzərə almalıdır”, - Milli Məclisin deputatı bildirib.

“Mən hesab edirəm ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm ictimaiyyəti, həm də Qarabağda yaşayan erməni sakinlər Prezidentimizin verdiyi mesajları diqqətlə araşdırsınlar. Xüsusən də Qarabağda yaşayan ermənilər. Onlar separatçıların boş və uydurma təbliğatına inanmamalıdırlar, çünki həmin qüvvələr cinayətkardır və cəzalarını mütləq alacaqlar. Onların firavan gələcəyi Azərbaycanın idarəçiliyini qəbul etməkdən keçir. Gözlərini açıb ölkəmizdə yaşayan digər xalqların vəziyyətinə baxsınlar. Görsünlər ki, onlar necə də xoşbəxt yaşayırlar, bütün hüquqları ən ali səviyyədə təmin edilir. O ki qaldı bunu qəbul etməyən erməni sakinlərə, təbii ki, alternativ yol da var. Seçimlərini edə bilərlər”, - Səttar Möhbalıyev əlavə edib.




Baxış sayı: 212
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30