Fact-info.az xəbər verir ki, avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digər yük avtomobillərinin dayandığı əraziyə gəlib. Bununla da avtomobil karvanında olan nəqliyyat vasitələrinin sayı 21-ə çatıb.
Bu, Ermənistanın məkrli niyyətini və təxribatçılıq əməllərini davam etdirdiyini, gərginliyi artırmağa çalışdığını bir daha göstərir. Azərbaycanın ölkəmizlə razılaşdırmadan heç bir yükün suveren ərazilərimizə keçirilməsinə icazə verməcəyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan etməsinə baxmayaraq, ermənilərin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən istifadə etməkdə israrlı olması ictimai rəyi çaşdırmaq üçün növbəti cəhdidir. Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa siyasi şou, manipulyasiya və təxribat xarakteri daşıyır.
Qeyd edək ki, aprelin 23-dən – “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulduğu vaxtdan indiyədək Qarabağın 2 mindən artıq sakininin Ermənistana asan şəkildə gediş-gəlişi təmin olunub.
Baxış sayı: 234
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

