Bu baxımdan terrorçu Vaqif Xaçatryan Çerkezoviçin həbsi çox doğru və ədalətlidir. Şübhəsiz ki, Azərbaycanın ərazisində terrorçuların qalması bölgədə gərginliyi artırır. Bu baxımdan terrorçuların həbsi davamlı olmalıdır. Sadəcə olaraq bu məsələlərlə bağlı beynəlxalq arenada geniş izahatlar aparılmalıdır.
Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünya məhkəmələrində kifayət qədər nümunələr var. Bu dəfələrlə qeyd olunub. II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.
Əkrəm Bəydəmirli
Baxış sayı: 343
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

