Fact-info.az-ın məlumatına görə, bu barədə Trend-ə Avropa Komissiyasından deyiblər.
"Bu dəhlizin bir hissəsi də Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişləndirilməsi layihəsinin tərkib hissəsi olaraq Azərbaycandan, xüsusən də Xəzər dənizində yerləşən Bakı limanından keçir. Ona görə də Aİ ilə Azərbaycan arasında nəqliyyat əməkdaşlığının inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında əlaqə kimi əsas rolunun gücləndirilməsində mühüm rol oynayır", - deyə Avropa Komisiyasında bildiriblər.
Qeyd olunub ki ki, Mərkəzi Asiya ilə dayanıqlı nəqliyyat əlaqələrinin öyrənilməsinin davamı olaraq Aİ 2024-cü ilin əvvəlində Brüsseldə İnvestor Forumu təşkil etməyi düşünür:
"Məqsəd iki region arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafına töhfə verməkdə maraqlı olan Aİ və Mərkəzi Asiya ölkələrindən dövlət və özəl şirkətləri bir araya gətirməkdir".
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, regionun bir neçə ölkəsindən keçən nəqliyyat və ticarət marşrutudur. Bu, Çindən başlayan və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçən ənənəvi dəhlizlərə alternativ yoldur. Daha sonra o Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropaya birləşdirən, daha uzun daşıma zolaqlarından yan keçməklə quru yolu təklif edir. Aİ tərəfindən hazırlanan araşdırma göstərir ki, 2040-cı ilə qədər Orta Dəhliz boyunca konteyner daşımaları 270.000 TEU-ya çata bilər.
Baxış sayı: 251
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

