Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.
"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.
Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib.
Baxış sayı: 211
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

