FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər Qarabağı tərk etmək məcburiyyətində qalacaqlar
28-07-2023, 22:05 | XƏBƏR
Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər Qarabağı tərk etmək məcburiyyətində qalacaqlar

Bunu Milli Məclisin deputatı professor Kamilə Əliyeva deyib.

Prezident İlham Əliyevin səfər çərçivəsində Şuşa şəhərində, Daşaltı kəndində olduğunu diqqətə çatdıran deputat Şuşa Qlobal Media Forumu ilə bağlı fikirlərini də bölüşüb: “Şuşaya gələn xarici qonaqlar bu şəhərin gözəlliyindən və qısa müddət ərzində görülən bərpa işlərindən heyrətlərini gizlədə bilmirdilər. Mədəniyyət paytaxtımız olan Şuşa şəhəri son dövrlər bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Prezident İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Media Forumunun açılış mərasimində söylədiyi fikirlər böyük maraq doğurdu. Dövlətimizin başçısı çıxışında Azərbaycanla Türkiyə arasında mövcud qardaşlıq münasibətlərindən, dünyada baş verən geosiyasi vəziyyətdən, Vətən müharibəsində Qələbəmizdən sonra sülh müqaviləsinin imzalanması prosesindən və ölkəmizdə azad medianın inkişafından danışaraq, ona ünvanlanan sualları geniş və ətraflı cavablandırdı. Ölkə Prezidentinin Forumda çıxışı bütün dünyada böyük maraqla izləndi.

Dövlətimizin başçısı Azərbaycan mediasının fəaliyyətini də çox yüksək qiymətləndirərək, onların müharibə dövründə əsl vətənpərvərlik nümayiş etdirdiklərini vurğuladı”, - deyə K.Əliyeva bildirib.

Azərbaycanın regionda yerləşən bütün dövlətlərlə sülh, mehriban qonşuluq şəraitində yaşamaq siyasəti həyata keçirdiyini vurğulayan K.Əliyeva Ermənistanda hələ də revanşist və Azərbaycana qarşı torpaq iddiasında olan qüvvələrin mövcud olmasından təəssüfləndiyini bildirib.

“Gündən-günə nüfuzu artan və güclənən Azərbaycan Ermənistanla sülh sazişinin bağlanmasının və bölgədə yerləşən dövlətlərin, xalqların səmimi qonşuluq şəraitində yaşamasının tərəfdarıdır. Təəssüflər olsun ki, Ermənistandakı və xaricdəki bəzi qüvvələr, eləcə də Qarabağdakı separatçılar bölgədə sülhün yaranmasına böyük maneələr törədirlər. Bu gün Qarabağda özlərini "prezident", "nazir" adlandıranlar gülüş hədəfinə çevriliblər. Bu ünsürlər başa düşməlidirlər ki, yaxın zamanda Qarabağın bütün əraziləri Azərbaycan dövlətinin nəzarətinə keçəcək. Qarabağda yaşayan erməni əsilli əhali reinteqrasiya olunacaq. Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər Qarabağı tərk etmək məcburiyyətində qalacaqlar”, - deyə Kamilə Əliyeva qeyd edib.




Baxış sayı: 202
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30