FACT-INFO.AZ » XƏBƏR » Qənirə Paşayeva: Yeni dünya nizamı fonunda Azərbaycanın nail olduğu reallıq sülhpərvər siyasətin təntənəsidir
28-07-2023, 09:25 | XƏBƏR
Qənirə Paşayeva: Yeni dünya nizamı fonunda Azərbaycanın nail olduğu reallıq sülhpərvər siyasətin təntənəsidir

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Komitə sədri bildirib ki, Şuşa Qlobal Media Forumu, Azərbaycan Prezidentinin Forumun açılış mərasimindəki çıxışı ilk dəqiqələrdən yerli və beynəlxalq medianın gündəmini zəbt etmişdi. Təəccüblü deyil ki, revanşist xülyalarından əl çəkməyən Ermənistan və dünya erməniliyi Şuşa Qlobal Media Forumu və dövlətimizin başçısının çıxışı üzərindən növbəti dəfə azərbaycanofob, türkofob, islamafob açıqlamalar verirlər. Ermənilər erməniliyini göstərir, biz isə öz işimizi görürük. Forum iştirakçıları hər şeyi öz gözləri ilə gördülər. Qonaqlar erməni işğalından sonra Azərbaycanın apardığı sürətli quruculuq işlərinin şahidi oldular.

Bəli, 30 illik işğala hərbi yolla son qoyulub, geridə qalan məsələlər diplomatik yolla həll olunmaq ərəfəsindədir. Biz, əlbəttə, sülh quruculuğuna çalışırıq, prosesə töhfələr verməyə çalışırıq və bizim çağırışlarımız, yanaşmalarımız ədalətli sülhün formuludur. Ermənistandan fərqli olaraq soyqırımı, bizim işğal keçmişimiz yoxdur. İşğala son qoyan ölkə kimi Azərbaycanın sülh çağırışları yüksək dəyərə layiqdir”, - deyə Q.Paşayeva vurğulayıb.

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsinə də toxunan komitə sədri deyib ki, dövlətimizin başçısının jurnalistin suallarına geniş və hərtərəfli cavabları müsahibəni xüsusi diqqət mərkəzinə çevirib.

“Müsahibəsində Azərbaycanın prioritetlərindən söz açan Prezident İlham Əliyev 30 il ərzində dünyanın dəyişdiyini, amma başlıca məqsədlərimizin eyni qaldığını vurğuladı. Bildirildi ki, dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı əsas məqsəd olaraq qalır.

Doğrudan da 30 il ərzində baş verən dəyişikliklər elə-belə deyil. Biz hazırda çox böyük hadisələrin, o cümlədən faktiki olaraq yeni dünya nizamının qurulmasının şahidiyik. Yeni dünya nizamı fonunda Azərbaycanın nail olduğu reallıq, ilk növbədə, siyasi iradənin, dövlət-xalq birliyinin və sülhpərvər siyasətin, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verilən töhfələrin təntənəsidir. Bizim beynəlxalq, çoxtərəfli və ikitərəfli münasibətlərə yanaşmamız, dövlət siyasətimiz Çin üçün, eləcə də Çinin xarici siyasəti bizim üçün maraq kəsb edir. Azərbaycanın son illər iqtisadiyyatını gücləndirən Çinlə münasibətlərin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Çinlə ikitərəfli əlaqələrdə əldə etdiyimiz uğurlar uzunmüddətli və qalıcıdır. Bu yerdə Azərbaycanın tranzit imkanlarını, habelə tarixi İpək Yolunun bərpasına Azərbaycanın verdiyi töhfələri, xüsusilə yeni reallıqları vurğulamaq lazımdır”, - deyə Q.Paşayeva qeyd edib.

Onun sözlərinə görə, həmin reallıqlardan biri də budur ki, Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra öz üzərinə götürdüyü öhdəliyi - Zəngəzur dəhlizi layihəsini yerinə yetirmir. Avropa və Asiyanı birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan deputat Azərbaycan və Çinin bu məsələdə bir-biri ilə eyni mövqedən çıxış etdiklərini söyləyib.





Baxış sayı: 235
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30